“Mançester Yunayted” “Çelsi”ni Kubokdan kənarlaşdırıb – VİDEO

“Mançester Yunayted” “Çelsi”ni Kubokdan kənarlaşdırıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İngiltərə Kubokunun 1/8 final mərhələsində “Çelsi” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.

TİA.AZ-ın məlumatına görə, Londondakı “Stemford Bric” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Qolları 31-ci dəqiqədə Anre Errera və 45-ci dəqiqədə Pol Poqba vurub.

Bununla da “Mançester Yunayted” 1/4 finala yüksəlib. “Qırmızı şeytanlar” “zadəganlar”a 25 fevral 2018-ci ildən sonra ilk dəfə qalib gəliblər. İngiltərə Kubokunda isə mançesterlilər London komandasını 1999-cu ildən sonra ilk dəfə yeniblər.