“Mançester Yunayted” “Arsenal”a məğlub oldu

“Mançester Yunayted” “Arsenal”a məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da İngiltərə Premyer Liqasında XXX turun mərkəzi qarşılaşması keçirilib.

“Arsenal” doğma azarkeşlər önündə “Mançester Yunayted” klubunu qəbul edib.

Görüş 2:0 hesabı ilə  “Arsenal” klubunun xeyrinə başa çatıb.

Qolları Qranit Caka (12) və Pyer-Emerik Obameyanq (69) vurub.

Bu qələbə nəticəsində xalların sayini 60-a çatdıran  “Arsenal” turnir cədvəlində dördüncü yerə yüksəlib.

“Mançester Yunayted” isə 58 xalla beşinci pilləyə enib.