“Mançester Siti”nin 18 yaşlı futbolçusu “Yuventus”un hədəfində

“Mançester Siti”nin 18 yaşlı futbolçusu “Yuventus”un hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus” “Mançester Siti”nin gənc futbolçusunu transfer etməyə hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu mövsümün sonunda “şəhərlilər”lə müqaviləsi başa çatacaq Fil Fodeni heyətinə qatmaq istəyir.

“Yuventus”un 18 yaşlı yarımmüdafiəçi üçün 175 min avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, ingilis oyunçu ilə bir çox Avropa klubu da maraqlanır. Foden bu mövsüm “Mançester Siti”nin heyətində 7 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.