Klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, yarımfinalda İngiltərə “Mançester Siti”si ilə Yaponiya “Urava Red Daymonds”la qarşılaşıb. Matç Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Urava Red Daymonds” – “Mançester Siti” – 0:3
Qollar: Heybroten, 45+1, Kovaçiç, 52, Silva, 59
Beləliklə, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda finala yüksəlib. “Mançester Siti” həlledici görüşdə dekabrın 22-i Braziliya “Fluminense”si ilə qarşılaşacaq.