“Mançester Siti” müdafiəçisi Abdukodir Xusanovu “Lion”a icarəyə verməkdən imtina edib.
Fransa klubu 21 yaşlı futbolçunu icarəyə götürmək istəyib. “Mançester Siti” rəhbərliyi isə Özbəkistan millisinin mərkəz müdafiəçisini Liqa 1 təmsilçisinə rədd cavabı verib.
Xatırladaq ki, Xusanov qış transfer pəncərəsində “Lans”dan Xosep Qvardiolanın komandasına keçmişdi.