Manatla bağlı mühüm açıqlama: 2025-ci ildə…

Manatla bağlı mühüm açıqlama: 2025-ci ildə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın sədri Taleh Kazımovla 12 iqtisadçı-ekspertin 3 saatdan çox davam etmiş ənənəvi görüşü bitdi. Həmişə olduğu kimi səmimi və açıq söhbət oldu. Pul siyasəti, faizlər, milli valyuta, kreditlər, kartlardan oğurlanan vəsait, kredit təşkilatlarına nəzarət, lombardlar, ləğv prosesində olan banklar və digər məsələlər ətrafında geniş müzakirələr oldu.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə görüşdə iştirak edən ekspert Əkrəm Həsənov məlumat verib.

“Taleh Kazımov suallara dolğun cavablar verirdi, ekspertlərlə razılaşdığı və razılaşmadığı məqamları birmənalı bildirirdi, buna görə kiçik mübahisələr də oldu. Təbii ki, əsas mövzulardan biri növbəti ildə manatın məzənnəsi idi. Müzakirə zamanı səsləndirilmiş rəqəmlərdən və baş bankirin arqumentlərindən görünür ki, 2025-ci ildə devalvasiya gözlənilmir. Mən də böyük ehtimalla bu inamı bölüşürəm”, – Ə.Həsənov bildirib.