backend

Manatın bu günə olan məzənnəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan TİA.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7575 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,24% möhkəmlənərək 1,8344 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sabit qalaraq 0,0287 manat təşkil edib.

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,5004 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1723 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,16%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,21% geriləyərək 0,6248 manat olub.