Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən TİA.AZ-a verilən məlumata görə,ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə 0,5% artaraq 1,7039 manat olub.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,45% artaraq 1,8302 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 3,5% artaraq 0,0266 manata qalxıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,35% artaraq 0,5180 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1232 manatdır. Beləliklə, funt sterlinq 0,33%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,96% bahalaşaraq 0,6864 manat olub.