Manaf xanımından danışdı: Onun yerinə başqası olsaydı… – VİDEO

Manaf xanımından danışdı: Onun yerinə başqası olsaydı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim xanımım olmaq çox çətin məsələdir”. Pravda.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Rəngarəng” verilişində deyib.

O, arvadı ilə münasibətlərindən söz açıb:

“Öz ailəmə təşəkkür edirəm. Arvadım nə çəkibsə də içində çəkib, təki Manafın qəlbinə dəyməyim, Manafın istədiyi olsun. Çünki bizdə əsl sevgi olub. Bir-birimizi sevib evlənmişik. Bizi atamız evləndirməyib. Bəli, mən xanımımı bu gün də sevirəm. Fəxr edirəm ki, belə bir ailəm var. Bəlkə də, onun yerinə başqası olsaydı, indi bir neçə ailə qurmuşdum. Təbii ki, hər ailə də olduğu kimi, o da qısqanır”.