backend

Manaf Ağayev “ağladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir. Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir.

TİA.AZ xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında müğənni Manaf Ağayev bildirib. O, qeyd edib ki, əvəllər ay ərzində 15-17 toya dəvət alırdıqsa, bu gün həmin

rəqəm 3-5-ə düşüb: “İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. Əvəllər bir ayda hardasa 15-17 toya

gedirdim. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır”.

M.Ağayev toyların sayının az olmasının səbəbini maliyyə problemi ilə əlaqələndirib: “Camaatın imkanı yoxdur, həm də bu gün toylara gələn də yoxdur.
T
Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”.