Bu yaxınlarda nazirsiz qalan Maliyyə Nazirliyi yeni tender elan edib. Tribunainfo.az xəbər verir ki, açıqlanan nəticələrə görə nazilik yerləşdiyi binanın təmizlik işlərini həyata keçirəcək.
Belə ki, Maliyyə Nazirliyi 2025-ci il üçün Təmizlik xidmətinin satın alınmasına 462.358,93 manat xərcləyəcək. Bununla əlaqədar olaraq “SANİTARİYA EPİDEMİOLOJİ XİDMƏTLƏR” MMC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, “Sanitariya Epidemioloji Xidmətlər” MMC 2017-ci ildən fəaliyyətə başlayıb. MMC-nin direktoru Fuad Həsənzadədir. MMC-nin baş həkimi isə Elmira Həsənovadır.
Bildirək ki, MMC-nin adı bir sıra qalmaqallar da qarışıb. Belə ki, şirkət işçilərini “Əmək Məcəlləsi”nə uyğun çalışdırmadığına, əmək haqlarını vermədiyinə görə dəfələrlə məhkəməyə verilib.