Malayziyada Sultan İbrahim yeni kral kimi and içib. Mərasim Kuala Lumpurdakı Milli Sarayda baş tutub. Tribunainfo.az xəbər verir ki, bu barədə Reuters xəbər verib.
Yeni kral lüks avtomobil və motosikletlərdən ibarət böyük kolleksiyası ilə tanınır və geniş biznes maraqlarına malikdir.
Ölkədə ali rəhbər vəzifəsində irsi sultanların növbələşməsinin unikal sistemi mövcuddur. Kral ikinci müddətə yenidən seçilmək hüququ olmadan doqquz vilayətin irsi hökmdarları arasından beş il müddətinə seçilir.