“MAKRONYAN GEDİB ERMƏNİSTAN VƏTƏNDAŞI OLSUN” – DEPUTAT MƏŞHUR MƏMMƏDOV

“MAKRONYAN GEDİB ERMƏNİSTAN VƏTƏNDAŞI OLSUN” – DEPUTAT MƏŞHUR MƏMMƏDOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa prezidenti Emmanuel Makronyan ölkəsinin vasitəçilik missiyasında mənəvi haqqını tamamilə itirdi. Bundan sonra Fransa danışıqlarda moderator ola bilməz. Nə qədər ki, Makronyan hakimiyyətdədir, rəsmi Paris Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində iştirak edə bilməz. Paşinyana yiyəlik edən Fransa prezidenti yalnız Ermənistanın nümayəndəsi kimi görüşlərə qatıla bilər”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov Fransa lideri Makronun son açıqlamalarına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Makron Paşinyandan daha çox Azərbaycanı ittiham etdiyini dilə gətirib: “Bu, onun açıq etirafıdır. Fransada son 30 ildə belə ermənipərəst prezident olmamışdı. Makron prezidentlikdən getdikdən sonra Ermənistan vətəndaşlığını qəbul edə bilər. Yaxud Ermənistanın Fransadakı diasporuna rəhbərlik etməyi bacarar. Çünki onun qanında erməni sevgisi var. Onun ardıcıllıqla davam edən mövqeyi bir daha göstərdi ki, onun danışıqlarda iştirak hüququ yoxdur”.
M.Məmmədov Fransa ilə münasibətlərə yenidən baxmağı təklif edir. Onun fikrincə, rəsmi Bakı Parislə əlaqələri təzədən nəzərdən keçirməlidir: “Fransa faktiki olaraq bölgənin işlərinə müdaxilə edir. Makronun mövqeyi irəliləyişə xidmət etmir, əksinə, tormozlayır. Onun bu bəyanatları danışıqlara tünd rəng qatmaqdadır. Makron istəyir ki, biz Qarabağdakı bir ovuc erməniyə muxtariyyat verək. O günü görməyəcək. Ümumiyyətlə, onun regionun proseslərinə burun soxmasının heç bir əsası yoxdur. Azərbaycan 5 baza prinsipindən ibarət sülh təkliflərini Ermənistana təqdim edib və orada hər şey aydın qeyd olunub. Bizim haqlı mövqeyimizdən geri çəkilməyə makronlar nail ola bilməzlər”.