Fransa Prezidenti Emmanuel Makron Fransa Poloneziyasını ziyarət edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Səfər çərçivəsində maraqlı görüntülər ortaya çıxıb. Belə ki, yerli adət-ənənələrə əsasən, dövlət başçısının boynuna çox sayda çələng taxılıb.
Nəşr Makronun bu vəziyyətini təsvir edərkən “yeriyən çiçək” başlığından istifadə edib.
Yerli camaat isə ona “Te Haka Iki Taaoa”, yəni “Uzağa gedəcək böyük lider” təxəllüsünü verib. Hərçənd, Makronun elə də uzağa gedəcəyini demək çətindir.
Belə ki, siyasətdə uzağa getmək üçün, ilk növbədə siyasi uzaqgörənlik vacibdir. Fransa prezidentinin son aylarda atdığı addımlar onun bu keyfiyyətə sahib olmasını sual altına alır. Digər tərəfdən də, “Uzağa gedəcək böyük lider” olmaq üçün doğma xalqının dəstəyini qazanmaq lazımdır. Halbuki, Fransada təkcə son günlər ərzində baş verən hakimiyyət əleyhinə etirazlar Makronun nüfuzunun getdikcə zəiflədiyini göstərir. Son aylarda aparılan sosioloji sorğular da Fransa dövlət başçısının əhali arasında populyarlığının azaldığını sübut edir.
Səfər çərçivəsində bir simvolik epizodu da qeyd edək. Qarşılanma mərasimi zamanı Makronun boynuna o qədər çələng taxılıb ki, bir müddət sonra onun üzü gül-çiçək içindi itib-batıb. Bəlkə də, Fransa prezidenti bununla öz əməllərindən utandığı bildirmək istəyib, çıxış yolunu gül-çiçək arxasında gizlənməkdə görüb. Bunu dəqiq deyə bilmərik. Dəqiq olan isə odur ki, gərək hər hansı bir addım atanda, qərar verəndə, sabahını düşünəsən ki, utandığından üzünü gül-çiçək içində gizlətməli olmayasan.