MAKRON VƏ ŞOLTS KOSOVADAKI SEÇİMLƏRİN TƏKRARLANMASINI İSTƏDİbackend

MAKRON VƏ ŞOLTS KOSOVADAKI SEÇİMLƏRİN TƏKRARLANMASINI İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Kosovanın şimalında gərginliyin artmasına səbəb olan yerli seçkilərin təkrarlanmasını tələb ediblər.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Avropa liderləri dünən Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitində Kosova prezidenti Vjosa Osmani və Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşüblər.

Zirvədən sonra açıqlama verən Makron, “Tərəflərdən dörd mübahisəli bölgədə ən qısa zamanda yeni seçki keçirmələrini istəyirik” deyib.

Makron hər iki liderin gələn həftə məsələ ilə bağlı dəqiq cavab verəcəklərini deyib.

Əhalisinin əksəriyyəti etnik alban olan Kosovanın şimal bölgələrində yaşayan serblər Belqrad administrasiyasının siyasətinə böyük ölçüdə sadiqdirlər.

Xatırladaq ki, bu çərçivədə etnik serblər aprel ayında ölkənin şimalında keçirilən yerli seçkiləri boykot edib və bu bölgələrdə seçici fəallığı 3,5 faizə düşüb. Lakin seçkidə qalib gələn alban namizədlərin bələdiyyələrdə vəzifələrinə başlamaq cəhdləri bölgədə gərginliyin artmasına səbəb olub və serb nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.