Makron və Pezeşkian arasında qalmaqalbackend

Makron və Pezeşkian arasında qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparmışdı.

Tribunainfo.az Hraparak-a istinadən xəbər verir ki, İranın yeni prezidenti fransalı həmkarına deyib ki, Tehran İsrailə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlaya bilər.

Söhbət zamanı Fransa rəhbəri həmsöhbətini Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olmamaq üçün Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə “qisas məntiqindən” imtina etməyə çağırıb.

“Yeni hərbi eskalasiya heç kimə, o cümlədən İrana sərfəli deyil”, – Yelisey Sarayı bildirib.

Makron həmçinin bildirib ki, Fransa İranın beynəlxalq öhdəliklərinə əməl edəcəyi təqdirdə regionda sülh və sabitliyin təmin edilməsinə kömək edəcək “siyasi çərçivə” variantlarının araşdırılmasına kömək etməyə hazırdır.

Eyni zamanda, İran prezidenti Makrondan İsrailə Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün təzyiq göstərməyi tələb edib.

Söhbətdə Pezeşkian bəyan edib ki, “Əgər ABŞ və Qərb ölkələri həqiqətən də regionda müharibə və təhlükənin qarşısını almaq istəyirlərsə, bu rejimi (İsraili – red.) Qəzzada soyqırımı və hücumları dayandırmağa inandırmalı və atəşkəslə razılaşmalıdırlar”.