MAKRON ÜZR İSTƏDİbackend

MAKRON ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib.

Tribunainfo.az Reuters-ə istinadən xəbər verir ki, Makron bu sözləri Bratislavada keçirilən GLOBSEC forumu zamanı söyləyib.

Makron bildirib ki, Fransa Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də Rusiyanın planları barədə xəbərdarlıq edəndə onlara daha çox diqqət yetirməli idi.

Fransa prezidenti Aİ-nin şərq və qərb üzvləri arasında Rusiya ilə bağlı məsələlərdə mövcud fikir ayrılıqlarını nəzərə alaraq, “köhnə” və “yeni” Avropanın bölünməsinin yolverilməzliyini vurğulayıb.
“Bəziləri deyir ki, susmaqla fürsəti əldən verdik. Düşünürəm ki, biz də sizi dinləmək fürsətini əldən verdik”, – Makron bildirib.