Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukrayna-Rusiya müharibəsində rəqib kimi qələmə verdiyi Rusiya qalib gələrsə, Avropanın etibarı sıfıra enəcək.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, France 2 və TF1 televiziyalarının birgə yayımına qatılan Makron Rusiya-Ukrayna müharibəsini və İsrailin Qəzzaya hücumlarını dəyərləndirib.
Makron müharibənin hazırda Avropa ərazisində olduğunu bildirərək, “Strasburqla Lvov arasında 1500 kilometrdən (məsafə) azdır” deyib.
Makron Rusiyaya qarşı döyüşmədiklərini və bu ölkəyə qarşı döyüşmək üçün heç vaxt “ilk cəhdi etməyəcəklərini” diqqətə çatdırıb.