Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Avropada səfərdədir.
Tribunainfo.az xəbər verir ki, bu səfər çərçivəsind o, Fransanın prezidenti Makronla görüşüb.
Makron görüş əsnasında bəyan edib ki, o, Ermənistanın Avropaya inteqrasiyasını və sülh danışıqlarındakı mövqeyini dəstəkləyir.
Lakin Fransa prezidentinin sözləri Ermənistanda birmənalı qarşılanmayıb. Belə ki, yerli media Makronu “Paşinyanın repressiyalarını hərarətlə təşviq edən adam” adlandırıb. Bundan başqa, bəzi media nümayəndələri Makronu Qarabağın Azərbaycana qayıtmasında müstəsna rolu olduğunu qeyd ediblər. “Nikol Paşinyan onun repressiyalarını hərarətlə təşviq edən və Qarabağın təslim olmasının “favoriti” olan Makronla görüşüb”.
Fərda Uğur