MAKRON NETANYAHU İLƏ GÖRÜŞƏCƏKbackend

MAKRON NETANYAHU İLƏ GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İsraili dəstəkləmək üçün Təl-Əvivə gəlib.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, HƏMAS hücumuna qarşı “tam həmrəyliyini” ifadə etmək istəyən Makronun İsrail prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşəcəyi bildirilib.

Qeyd edək ki, Fransa prezidenti Makron İsrailə dəstək səfəri edən 6-cı lider olub. Netanyahuya ilk dəstək səfərini ABŞ prezidenti etmişdi. Daha sonra Almaniya Baş naziri Olaf Şoltsdan, Britaniyanın baş naziri Rişi Sunak, İtaliya Baş nazir Giorgia Meloni və Yunanıstan Baş nazir Mitsotakisdən dəstək gəldi.