Makron müharibə ilə bağlı xəbərdarlıq etdi

Makron müharibə ilə bağlı xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilərdən əvvəl ifrat sağçı və ifrat solçu partiyaların proqramlarının ölkəni “vətəndaş müharibəsi”nə sürükləyə biləcəyini bildirib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Makron, ifrat sağçı lider Marine Le Penin Milli Rallisi (RN) və ifrat solçu onun (LFI) partiyasının siyasi proqramları ölkəni vətəndaş müharibəsinə apara bilər.

Təhlükəsizliyə qarşı ifrat sağın təklif etdiyi həll yolunun cəmiyyəti parçaladığını və ölkəni vətəndaş müharibəsinə sürüklədiyini bildirən Makron, LFI-nin Fransa üçün bir növ “kommunitarizm” təklif etdiyini bildirib.

Makron, “Hər şeydən yorulduğumuzda, həyat hər gün çətinləşəndə, daha sürətli həll yolları təklif edən ekstremistlərə cəlb oluna bilərik. Bununla belə, həll yolu heç vaxt digərini rədd etmək olmayacaq”, – dedi.