“Makronun İrəvana göndərdiyi silahlar sınıq-salxaq hərbi texnikadır. Əksəriyyəti pulsuz verilib. Bu hərbi avadanlıqlar Ukraynada yaramadı. Fransa hansı silahı göndərsə, fərq etməz, təxribata yol verilsə, Ordumuz daha müasir texnika ilə düşməni məhv edəcək”.
Bu fikirləri siyasi analitik Ramiyə Məmmədova Tribunainfo.az-a açıqlayıb. Onun sözlərinə görə, Fransa müdafiə naziri Ermənistana səfər edir, yeni silahlar verilir, erməni hərbçilərə dağ şəraitində döyüş təlimi keçirilir və bütün bu addımlar iki cür izah oluna bilər: “Fransa Ermənistana təhlükəsizlik sahəsində yeni müttəfiqdir, yəni Rusiyadan qoparılır, ikincisi, regionda növbəti münaqişə üçün zəmin hazırlanır. Amma heç bir ssenari baş tutmayacaq. Rusiya Ermənistanı Fransaya hədiyyə etməz, Azərbaycan Ordusu isə düşmən təxribatlarına ən sərt cavabı verməyə hazırdır. Sadəcə, Paşinyan iki od arasındadır və təhlükəli oyun oynayır”.