“MAKRON ƏZİYYƏT ÇƏKİB QARABAĞA YARDIM GÖNDƏRMƏSİN!” – DEPUTAT MƏŞHUR MƏMMƏDOV

“MAKRON ƏZİYYƏT ÇƏKİB QARABAĞA YARDIM GÖNDƏRMƏSİN!” – DEPUTAT MƏŞHUR MƏMMƏDOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ermənipərəstlər Qarabağa humanitar karvan göndərməyə hazırlaşır. Ölkə prezidenti Makron da etiraf edib ki, Azərbaycana təzyiq göstərməyə çalışır. Bu fakt rəsmi Parisin ermənidən betər erməni olduğunu ifşa edən növbəti faktdır. Azərbaycan XİN Makrona cavab verib və sülh prosesinə zərər vurduğu qeyd olunub. Bəs, biz Fransanın son addımlarından narahat olmalıyıqmı? Bakı gələn humanitar yükü buraxacaqmı?
Bu mövzuda Tribunainfo.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov hesab edir ki, Makron özünü Ermənistan vətəndaşı kimi aparır. Deputatın fikrincə, Fransa prezidentinin ermənipərəst siyasəti özünü gizlətmir və Makron vasitəçi olmaq haqqını çoxdan itirib. M.Məmmədovun sözlərinə görə, Fransa regionda fəal olmağa çalışır. Millət vəkili göndəriləcək humanitar yardımı buraxmamağa çağırıb: “Əvvəla, dövlətimizin potensialı və resursu çatır ki, Qarabağda olan erməni əhalisinin humanitar ehtiyaclarını qarşılayaq. Yəni qənd, çay, yağ, un, bütün ərzaq məhsulları, eləcə də uşaq qidaları, dərman və s. zəruri məhsullar Azərbaycandan onlara çatdırıla bilər. Kənardan yardıma ehtiyac yoxdur. Biz Ukraynaya humanitar yardım edən ölkəyik. Biz zəlzələ, sel, təbii fəlakət yaşamış ölkələrə kömək etmişik. Ona görə vətəndaşımız olacaq Qarabağdakı ermənilərə də kömək edə bilərik. Fransa, Ermənistan əziyyət çəkib humanitar yük göndərməsinlər, onlar “Laçın” postundan buraxılmayacaq”.
M.Məmmədov bildirib ki, bütün ölkələr bizim kimi sərhədlərinə nəzarət edir, Azərbaycan Laçın yolunda fərqli heç nə etməyib, hamının etdiyi qanuni işləri görür. Ona görə Fransa, Makron gedib Korsika dərdi çəksin. Fransa əda separatizm problemi heç də az deyil”.
M.Məmmədov deyib ki, beynəxalq müstəvidə informasiya savaşımızı gücləndirməliyik.