17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlardan danışan Makron etirazlardan “dərs aldığını” bildirib.
Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, Makron ölkədə iyunun sonunda başlayan və iyulun ortalarına qədər davam edən etirazlarda yaşanan talanlara qarşı “ədalətin cavabı sərt olacaq” deyib.
Fransa Xarici Regionlar İcmasının üzvü Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində jurnalistlərlə söhbət edən Makron, “Bələdiyyə binalarının, idman zallarının və kitabxanaların yandırılmasına səbəb olan bu zorakılıqdan dərs aldım” deyib.