Fransa prezidenti Emmunael Makronun sentyabrın 21-də Ermənistana səfər edəcəyi barədə xəbər yayılıb. Tribunainfo.az xəbər verir ki, səfərin konkret məqsədi barədə rəsmi məlumat verilmir.
Ermənistan XİN-i də mövzu ilə bağlı açıqlama verməyib. Fransız tərəfi isə bildirib ki, Makron yeni hökumətin tərkibini müəyyən etmədən Ermənistana səfər etməyəcək.
Müzakirə olunan məsələ isə budur ki, Makron niyə məhz 21 sentyabrda İrəvana səfər etmək istəyir? Qeyd edək ki, 21 sentyabr Ermənistanın Müstəqillik Günüdür. Erməni mediası yazır ki, Makronun məhz həmin gün səfər etməsi Ermənistanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini və həmin müstəqilliyin mövcud olması üçün hər bir dəstək verməyə hazır olduğunu nümayiş etdirməkdir.