Makron, “davay, do svidaniya…” – Fransa lideri vabank gedirbackend

Makron, “davay, do svidaniya…” – Fransa lideri vabank gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqladıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb. Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik Partiyası liderlik edir.Beləliklə, ilkin nəticələrə görə, Milli Birlik 33%, solçu Yeni Xalq Cəbhəsi alyansı 28,5% səs toplayır. “Respublika naminə birlikdə” prezident koalisiyası 22% səs toplayıb.
Avropa Parlamentinə seçkiləri uduzduqdan sonra Makron növbədənkənar parlament seçkiləri elan etmişdi. 30 iyunda seçkilərin birinci turu keçirilib, ikinci tur 7 iyulda baş tutacaq.
Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova Makronun ikinci ağır zərbə aldığını düşünür. Onun fikrincə, Avroparlamentə seçkiləri uduzan Makronun partiyası isterika vəziyyətinə düşdüyü üçün daxili seçkilərə getmək qərarı verməklə növbəti məğlubiyyətə imza atmış oldu. Ekspert Makronun vabank getdiyini müşahidə edir: “Bu, qumar masasında məğlubiyyətə bənzəyir. Makron uduzduqca aqressivləşir. Lakin Le Pen də mütərəqqi ideyaları olan siyasətçi deyil. Əvvəla, ifrat sağçıdır, ikincisi, ermənipərəstdir. Ona görə çox da sevinməyə dəyməz. Bununla belə, Makron ciddi seçki zərbələri alıb və nokaut vəziyyətinə yaxındır”.

Roman