Fransa prezidenti Emmanuel Makron Nigerdə “persona non qrata” elan edilən və ölkəni tərk etmə müddəti bitən Fransa səfiri Slyvain Itte-ni təzyiqlərə baxmayaraq geri çağırmayacaqlarını açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Parisdə keçirilən 29-cu Səfirlər Konfransında açıqlamalar verən Makron, “Vuruşçuların təzyiqlərinə baxmayaraq, səfirimiz (Slyvain Itte) Niameydə qalacaq” deyib.
Nigerdəki hərbi idarəni tanımadıqlarını və “hələ də istefasını təqdim etməyən prezident Məhəmməd Bazumu dəstəklədiklərini söyləyən Makron, Dövlətlərin İqtisadi Birliyinin (ECOWAS) Niger administrasiyasına qarşı sanksiya qərarlarını və siyasətlərini dəstəklədiklərini bir daha vurğulayıb.
Fransa son aylarda özünün və diplomatlarının bir çox ölkədə çətinliklə üzləşdiyini ifadə edən Makron Parisdəki konfransda iştirak etməyən fransız diplomatları salamladığını bildirib.
Fransa prezidenti Avropa və Qərb ölkələrinə “beynəlxalq arenada zəifləmə riski” barədə xəbərdarlıq edib.