MAKRON: “ABŞ-A BEL BAĞLAMAYIN”

MAKRON: “ABŞ-A BEL BAĞLAMAYIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin hava hücumundan müdafiə layihəsi Almaniya ilə Fransa arasında mübahisəyə səbəb olub.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Paris Aviasiya Sərgisində çıxış edən Fransa prezidenti Emmanuel Makron ABŞ-dan Avropa Hava Qalxanı müdafiə sistemi üçün silah alınmasını dəstəkləmədiyini bildirib və diqqəti yerli istehsala yönəltməyi xahiş edib.

Oktyabr ayında Almaniyanın rəhbərliyi ilə həyata keçirilən müdafiə sistemi layihəsində ABŞ və İsraildə istehsal olunan avadanlıqların da alınacağı açıqlanıb. Böyük Britaniya və müxtəlif Baltikyanı ölkələr də daxil olmaqla ümumilikdə 17 ölkə layihəni dəstəklədiyini bəyan edib. Fransa bu ölkələr arasında deyil.

Makron müdafiə etdi ki, NATO vasitəsilə ABŞ-a güvənmək əvəzinə, Aİ uzunmüddətli perspektivdə müdafiə sektorunda öz strateji muxtariyyətini qurmalıdır.

“Niyə biz hələ də tez-tez ABŞ istehsalı olan malları almalıyıq? Çünki amerikalılar bizdən daha çox standartlaşdırıblar və onların öz ölkələrində istehsalçılarına böyük subsidiyalar verən federal agentlikləri var”, – Fransa lideri bildirib.

Strateji muxtariyyət və AB daxilində ticarət üçün Avropa müdafiə sənayesinin inkişafını dəstəklədiyini ifadə edən Makron, Belçika, Kipr Rum Administrasiyası, Estoniya və Macarıstanın ortaq tələblə Fransanın Mistral raket əleyhinə sistemini almaq istədiklərini söyləyib.

Mistral zenit-raket kompleksləri üç Fransa, İtaliya və Britaniya şirkətinin birləşməsi ilə qurulan MBDA tərəfindən istehsal olunur.

Almaniyanın rəhbərlik etdiyi “European Air Shield” layihəsində ABŞ istehsalı olan “Patriot” raketləri və İsrail istehsalı olan “Arrow III” hipersəs əleyhinə ballistik raket sistemlərinin alınması hədəflənir. Layihəyə Almaniya istehsalı olan IRIS-T müdafiə raketləri də daxildir.