Makqreqor alkoqol və narkotik aslılığından müalicə olunurbackend

Makqreqor alkoqol və narkotik aslılığından müalicə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor reabilitasiya kursu keçir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ultimate Fighting Championship (UFC) kəmərinə keçmiş iddiaçı Şael Sonnen “ESPN Good Guy/Bad Guy” podkastında danışıb.
O, Makqreqorun zədəli olması barədə məlumatı təkzib edib: “Makqreqor zədəli deyil. Alkoqol və narkotik maddələrdən sui-istifadə etdiyi üçün reabilitasiyadadır”.
İyunun 14-də məlum olub ki, Makqreqorla Maykl Çandler arasında döyüş ləğv edilib. UFC-nin rəhbəri Dana Uayt iyunun 30-da Las-Veqasda keçirilməsi planlaşdırılan döyüşün ləğv edilməsinə səbəb kimi Makqreqorun zədələnməsini göstərib.
34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.