Makaronlar artıq forma dəyişdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ “Yeni Şəfəq”-ə istinadən bildirir ki, ABŞ-lı tədqiqatçılar qida sektoru üçün çox maraqlı bir texnologiya hazırlayıblar. İnkişaf etdirilən texnologiyaya görə, makaronlar, artıq forma dəyişdirəcək. 

TİA.AZ “Yeni Şəfəq”-ə istinadən bildirir ki, ABŞ-lı tədqiqatçılar qida sektoru üçün çox maraqlı bir texnologiya hazırlayıblar. İnkişaf etdirilən texnologiyaya görə, makaronlar, artıq forma dəyişdirəcək.

Uzun müddətdir MIT və Siracuse Universitetinin tədqiqatçılarından ibarət bir komanda, ərzaq xərclərini və lazımi saxlama sahələrinin necə azaldıla biləcəyi üzərində çalışıblar. Az miqdarda sahədə çoxlu qidanı saxlamaq üçün həll yollar axtaran elm insanları, forma dəyişə makaronlar ilə məsələninin həllini tapmışlara bənzəyirlər.

Standart makaronların qablaşdırmasında, paketin 67%-i hava ilə dolaraq xüsusi saxlama sahəsi tutur. Elm adamları “az sahədə, daha çox yığmaq” məqsədilə apardıqları layihədə jelatin-sellüloz kompozitinin iki ölçülü filmlərinin suda müxtəlif 3D şəkillərdə çevrildiyini kəşf etdilər. Bu dəyişikliyi makaron üzərində həyata keçirərək şəkil dəyişən makaron istehsal etməyi bacardılar.

Bişiriləndə həcmli olaraq böyüyən makaronların içərisində yer tutan karbohidrat, zülal və sellüloz komponentləri də buna bağlı olaraq fərqli şəkildə şişir. Tədqiqatçılar bu komponentləri ayıraraq, ekran təzyiqi istifadə etdilər və qatlar halında bir araya gətirdilər. Fərqli udma faizləri isə, qidanın fərqli qatlanmasına  səbəb oldu.

İlahə