Qısa müddətdə anasını, ögey anasını və yaxın dostunu itirən Mahsun Kırmızıgül keçirdiyi gərgin stressdən sonra ürək döyüntüsü şikayəti ilə xəstəxanaya gedib.
Tribunainfo.az xəbər verir ki, səhnədə Volkan Konakın infarkt keçirməsi ilə sarsılan sənətçi öz səhhətini də laqeyd qoymayıb, edilən testlərdə heç bir problem aşkarlanmayıb.
Qeyd edək ki, sənətçinin 99 yaşlı anası Faike Arık 6 dekabr 2024-cü ildə dünyasını dəyişib. Bu itkidən qısa müddət sonra ögey anası Zühre Bazencirin ölümü onu bir daha sarsıdıb. Kədərini sosial şəbəkədə paylaşan Kırmızıgül hisslərini “Ürəyim yanır” sözləri ilə dilə gətirib. İtkilər bununla məhdudlaşmayıb. Ustad sənətçi Edip Akbayramın, daha sonra isə çox yaxın dostu Serşat Erbilginin ölüm xəbəri Kırmızıgülü bir daha dərindən sarsıdıb.
Dəniz Pənahova