İrəvanda bir qrup Güneyli gəncin “Qarabağ” mahnısını ana dilimizdə oxuması ilə bağlı erməni cəmiyyətində nəinki siyasi, hətta konspiroploji müzakirələr davam edir. Tribunainfo.az xəbər verir ki, bu yöndə nağıl danışanların arasında deputatlar da var.
Ermənistan parlamentinin deputat Armen Rüstəmyan bildirib ki, baş verən hadisənin arxasında hədəflər var. Onun sözlərinə görə, prosesi guya, Bakı təşkil edib. “Qarib Babayanın oxuyan azərbaycanlıların videosunu yaydığına görə cəzalandırılması o deməkdir ki, Ermənistan hakimiyyət bu addımı ilə Azərbaycan tərəfinin rəğbətini qazanmağa çalışır”.