MAHMUD ABBAS HƏMASA NİYƏ DƏSTƏK VERMİR? – ŞƏRHbackend

MAHMUD ABBAS HƏMASA NİYƏ DƏSTƏK VERMİR? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatı indiki məqmada İsrailin HƏMAS-ı məhv etməsini istəyir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, hətta bu istiqamətdə bir sıra kəşfiyyat məlumatlarını MOSSAD-la bölüşüb:

“Fələstinin burada qazanacı əməliyatlardan sonra Qəzzaya nəzarətin Fələstinə keçməsidir. Mümkündür ki, Qəzza Fələstin-İsrail ortaq idarəsində bir rejimlə də idarə edilsin.
Fələstin Azadlıq Təşkilatını və Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşmasının fəaliyyətini və siyasi xəttini Fələstin xalqının təmsilçisi olaraq görmür. Ümumiyyətlə Fələstin Azadlıq Təşkilatı və HƏMAS-ın bir-birinə qarşı mövqeyi heç vaxt yaxşı olmayıb.
Təsadüfi deyil ki, İsrailin Qəzzaya vurduğu zərbələr və başlamağa hazırlaşdığı quru əməliyyatlara Mahmud Abbas elə də ciddi reaksiya vermədi. Ən əsası Fələstin qüvvələri nə HƏMAS-ın İsrailə hücumuna dəstək verdi, nə də İsrailin Qəzzaya endirdiyi zərbələrə görə, İsrailə zərbələr endirir”.