“Mahal” MTK yanğın təhlükəsizliyi qaydalarını pozub – PROTOKOL

“Mahal” MTK yanğın təhlükəsizliyi qaydalarını pozub – PROTOKOL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mahal” MTK-ya inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. Baxış iclası martın 15-də keçiriləcək.