Mahaçqalada yanacaqdoldurma məntəqəsində 35 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Eldar Nəsrullayev saxlanılıb.
Tribunainfo.az TASS-a istinadla xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi onun barəsində 2 ay həbs qərarı çıxarıb.
“Təqsirləndirilən şəxs barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilsin”, – hakim Nataliya Dudar qərarı elan edib.
Məhkəmə iclası təqsirləndirilən şəxslərin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qapalı keçirilib.
Qeyd edək ki, bazar ertəsi axşam Dağıstan Respubliasının paytaxtı Mahaçqalanın çıxışında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində, ərazidə güclü yanğın başlayıb, azı 35 nəfər dünyasını dəyişib.