Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi 3 avqust saat 18:00-dək uzadılıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.