Magistraturanı bitirənlər bu qədər maaş alacaq – SİYAHI

Magistraturanı bitirənlər bu qədər maaş alacaq – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq  magistratura səviyyəsi üzrə ixtisas seçimi mərhələsinə start verilib. Maraqlıdır, namizədlər seçim zamanı nələrə daha çox diqqət yetirməlidirlər? Hansı ixtisaslar hazırda daha perspektivli hesab olunur?

Ümumiyyətlə, magistratura ixtisasları arasında ən gəlirli sahə hansıdır və həmin ixtisası seçən məzun gələcəkdə nə qədər qazanc əldə edə bilər?

AzEdu.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub.

Onun sözlərinə görə, tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir:

 

“Magistratura ixtisas seçimi, deyərdim ki, gələcək karyeranı müəyyənləşdirən ən vacib ixtisaslaşma mərhələsidir. Magistraturada bakalavr ixtisas seçimindən fərqliliklər var.

 

Belə ki, tələbə bakalavr təhsilinə uyğun seçim etməlidir magistraturada. Yəni tələbə magistraturada ixtisaslaşa bilər”.

 

“Magistraturada ixtisas seçimi zaman ixtisasın adına görə deyil, şəxsi maraq və bacarıqlar əsasında aparılmalıdır”, deyə müsahibimiz qeyd edib: “Ümumiyyətlə, ixtisaslaşma zamanı həmin sahənin iş potensialı araşdırılmalıdır. Əmək bazarında həmin ixtisasın yeri müəyyən edilməlidir. Və işəgötürənlərin hansı sahələrə üstünlük verdiyini analiz etmək də vacib məsələdir.

 

Bundan əlavə olaraq, universitetlərin imkanları da diqqət mərkəzində olmalıdır. Tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir.

 

“Magistratura üzrə daha prestijli ixtisaslara İT, tibb və maliyyəni, hətta müəllimliyi də daxil etmək olar.

 

Data analitikası və süni intellekt ixtisasını bitirənlər ölkə daxilində rahat şəkildə 1500–3000 AZN gəlir əldə edə bilirlər. Təcrübə artdıqca 5000 AZN-dən də yüksək gəlir əldə edə bilərlər.

Və ya maliyyə ixtisasını bitirənlər Azərbaycanda 1000–2000 AZN gəlir əldə edə bilərlər. Yenə də təcrübə artdıqca bu rəqəm 4000 AZN-ə qədər yüksələ bilər.

 

İT və proqramlaşdırma sahəsində isə təcrübəyə görə 1500–6000+ AZN maaşla işləmək mümkündür.

 

Kibertəhlükəsizlik ixtisasında əmək haqqı təcrübəyə əsasən 1500–5000 AZN-dən yuxarı ola bilər.

 

Ümumilikdə, İT istiqaməti daha çox populyarlıq qazanıb”.