Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbi ilə aparılan təmir işləri başa çatıb.
Bu barədə Tribunainfo.az-a Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda suyun durulma prosesi gedir: “Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”.