backend

MAGİSTR PİLLƏSİNDƏN İMTİNALAR OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ötənil magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdir.  

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ötənil magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdir. 

İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olmuşdur. Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak etmişdir. Qeyd olunanlara əsasən, bu ildaha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətənaz olmasını şərtləndirən əsas amillərdəndir.


Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, əslində məsələ heç də belə deyil: ”İmtahana gəlməyən 1695 nəfərin iştirak etməmə səbəbi simvolik 2 manatı ödəyib sonra imtahana qeyri ciddi yanaşmaları deyil, onların kəsrləri olması və bakalavr pilləsini bitirə bilməmələridir. Yəni qəbul olsaydılar belə,onlar magistraturada oxuya bilməyəcəkdilər.  İkinci səbəb isə, DİM qeyd edir ki, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak etmişdir. Burdan belə çıxır ki, sanki 15 min balakavr imtahana gəlməyib. Əksinə 24 mindən cəmi 8.6 min nəfəri müsabiqə şərtini ödəyib. Yəni hər il təhsilin müxtəlif pillələrinə sənəd verənlərin  60 %-i müsabiqə şərtlərini ödəmir”.
 Bu il daha bilikli, öz potensialına güvənən şəxslərin sənəd verməsinə gəlincə, ekspert bunun daha absurd yanaşma hesab edir: “Əgər keçən ilki səviyyədə imtahan sualları düşsə, heç 65 % bakalavr keçid balını toplaya bilməz. Bundan əlavə, magistr pilləsinə qəbul imtahanları ali məktəblərin bilik və bacarığı deyil. Çünki magistratura qəbulunda istifadə olunan fənlər, onların səviyyələri ali məktəblərdə tədris olunmur. İndi maddi imkanı olan, hətta güclə pul tapanlar imtahanda iştirak ediblər. Kifayət qədər bacarıqlı, bilikli və Azərbaycan elminə fayda verəcək şəxlər var ki, maddi imkanına görə sənəd qəbulunda iştirak etmədi”.

K.Əsədov imtahanda iştirak edənlərin sayının kəskin şəkildə azalmasının səbəbinədə reaksiya verdi. Onun sözlərinə görə, bunun bir səbəbi var, o da imtahan qiymətlərinin çox olmasıdır: “Bunun da birinci zərbəsini və əziyyətini ali təhsil müəssisələri çəkəcək. Çünki müsabiqə şərtlərini ödəyənlərin heç də hamıs ımagistraturada təhsilini davam etdirməyəcək. Təhsil haqqları magistr pilləsində yüksək olduğuna görə, imtinalar çox olacaq”.

İlahə