4 illik universitet təhsilindən sonra magistr imtahanında iştirak edən tələbə imtahana özüylə cadu gətirib.
Tribunainfo.az yazır ki, bu barədə məlumatı Elyar İslamoğlu paylaşıb.
“Qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla + (plus) formasında çoxlu sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadu-pitini 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib.
Boş-boşuna belə şeylərə pul tökərək “cahil” adı qazanmayın. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi” deyə, o qeyd edib.