Venesuela prezidenti Nikolas Maduro yeni bəyanatla çıxış edib.
Venesuela prezidenti Nikolas Maduro yeni bəyanatla çıxış edib.
Maduro dollar hökmranlığına son qoymaq üçün yeni beynəlxalq valyuta yaratmaq niyyətindədir. Onun fikrinə görə yeni valyuta dünya maliyyə bazarında aktiv şəkildə istifadə ediləcək.
Maduronun bəyənatında deyilir: “Elan edirəm ki, Venesuela yeni beynəlxalq ödəniş sistemi və yeni valyuta səbəti tətbiq etməyə hazırlaşır. Bu yeni səbət dollar asılılığına son qoyacaq. Yuan, yen, rupi və beynəlxalq valyutalar kimi bazarda sərbəst dövr edəcək”.
Nikolas əlavə edib ki, dollar Venesuelanı boğan valyutadır.
Qeyd edək ki, beynəlxalq “Fitch” reytinq agentliyinin xəbərinə əsasən Venesuelada defolt gözlənilir./olke.az