Maduro yoxa çıxmış rəqibi Qonsalesin yerini deyənə 100.000 dollar mükafat vəd etdi

Maduro yoxa çıxmış rəqibi Qonsalesin yerini deyənə 100.000 dollar mükafat vəd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela hökuməti müxalifətin prezidentliyə namizədi Edmundo Qonsalesin yerini tapmaq üçün 100.000 dollarlıq mükafat təklif edib.

Qaynarinfo xəbər verir ki, hökumətin bu açıqlaması, Venesuelada növbəti prezidentlik dövrü başlanmazdan səkkiz gün əvvəl verilib. Qonsales keçən ilin prezident seçkilərində Prezident Nikolas Maduroya qarşı qalib gəldiyini iddia edirdi.

Bununla bağlı olaraq Venesuelanın Elmi, Cinayət və Hüquqi Təhqiqatlar Agentliyinin mətbuat xidməti Instagram postunda Qonsalesin fotosu və onun güc strukturlarına təslim olunması ilə bağlı təlimatların olduğu istintaq elanını yayımlayıb.

Hökumət açıqlamasından bir neçə saat sonra Qonsalesin ofisi keçmiş səfirin şənbə günü Argentinaya səfər edərək Prezident Xavyer Milei ilə görüşəcəyini bildirib.

Qonsales sentyabr ayında Venesueladan İspaniyaya mühacirət etdikdən sonra, barəsində 28 iyul tarixli prezident seçkisinə dair araşdırma çərçivəsində həbs orderi çıxarılıb.

Venesueladakı yoxsulluq və şəffaflıq çatışmazlığı səbəbiylə çoxlu beynəlxalq etirazlar gəlib. Həmin etirazlara cavab olaraq, Maduro Venesuelanın Ali Məhkəməsini seçki nəticələrini yoxlamaq üçün çağırıb. Bundan sonra Məhkəmə Maduronun qalib gəldiyini təsdiq edib.