Maduro Trampı xəbərdar etdi: “Bu, böyük səhv olar”

Maduro Trampı xəbərdar etdi: “Bu, böyük səhv olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, Vaşinqton elitası ölkəsində zorakı hakimiyyət dəyişikliyinə nail olmağa çalışır.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı İnterfaks Venesuela mediasına istinadla yayıb.

“Vaşinqton Venesuelanı qadağan olunmuş maddələrin istehsalında günahlandırmaq üçün saxta gündəmdən istifadə edir. Bu, ölkəyə hücumu əsaslandırmaq üçün qurulmuş çirkin Hollivud ssenarisidir”, – deyə Maduro bildirib.

Onun sözlərinə görə, ABŞ həmişə xalqları “yaxşı” və “pis” olaraq bölür:

“Pis olanlar hər zaman latınamerikalılar, yaxşı olanlar isə həmişə amerikalılar olur”.
Maduro əlavə edib ki, əgər ABŞ Venesuelaya hücum edərsə, bu, onların böyük səhvi olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın CNN telekanalı prezident Donald Trampın Venesuela ərazisində narkokartellərə məxsus obyektlərə zərbə endirmək imkanını nəzərdən keçirdiyini açıqlamışdı.

İmran Kərimli