Maduro öz telefonundan vatsapı sildi – Videobackend

Maduro öz telefonundan vatsapı sildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Prezidenti Nikolas Maduro öz smartfonunda vatsap tətbiqini silib.

 Tribunainfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Televiziya efirində sözügedən proqramı silən N.Maduro tətbiqin ölkəsinə qarşı istifadə olunduğunu bildirib: “Vatsap Venesuelaya qarşı psixoloji müharibədə siyasi, ictimai, tələbə, gənclər təşkilatları və hərəkatlarının liderlərini qətl, repressiya ilə hədələmək üçün istifadə olunur”.

Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsinin elan olunmasından sonra paytaxt Karakasda etiraz aksiyaları keçirilir. Artıq bəzi Latın Amerikası ölkələri Maduronun legitimliyini tanımaqdan imtina edərək diplomatik nümayəndəliklərinin üzvlərini geri çağırıblar.