Maduro ordu yeritdi, humanitar yardımların aclara çatdırılmasına imkan vermədi

Maduro ordu yeritdi, humanitar yardımların aclara çatdırılmasına imkan vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela ordusu Kolumbiyayla əsas sərhəd keçidini bağlamaqla ölkəyə çox vacib humanitar yardımın gəlməsini önləyib.

Fevralın 6-da bağlanmış körpüdə rəsmilər humanitar yardım toplamağı planlaşdırırlar. Müxalifət lideri Xuan Quaydo həmin yardımı Venesuelada çox ehtiyacı olanlara çatdırmağa and içib.

Yardım məsələsi Guaido ilə hakimiyyətini saxlamağa çalışan prezident Nikolas Maduro arasında savaşın daha bir mərhələsidir. Maduro ölkəyə yardım buraxmayacağını deyir.

Maduro deyir ki, Venesuela “dilənçilər” ölkəsi deyil. O, humanitar yardımı rədd edir, bunu xarici müdaxiləyə bərabər tutur.

Kanada Karakasa 53 milyon dollarlıq, ABŞ administrasiyası isə 20 milyon dollarlıq yardım vəd edib. Əsgərlər sərhəd körpüsünü bağlayınca Quaydo orduya məsuliyyətilə bağlı xəbərdarlıq edib. O, Kolumbiya radiosuna deyib ki, ordu “zərrə qədər humanistliyi olmayan diktatura ilə konstitusiya arasında seçim etməlidir”.

ABŞ Dövlət katibi Mayk Pompeo Venesuela ordusunun yardımı “Maduronun göstərişilə” önlədiyini deyib. (Virtualaz.org)