Madonnanın 16 yaşlı oğlu narkotiklə tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London polisi amerikalı müğənni Maddona və rejissor Qay Riçinin oğlunu narkotiklərin saxlanılmasına görə saxlayıb. 

London polisi amerikalı müğənni Maddona və rejissor Qay Riçinin oğlunu narkotiklərin saxlanılmasına görə saxlayıb.

Bu barədə TİA.AZ “Sun” nəşrinə istinadən xəbər verir.

Hadisə Londonun şimalında Primrous Hill rayonunda baş verib.

Məlumata əsasən,qonşuları 16 yaşlı Rokkonun özünü şübhəli aparmasına görə, polisə müraciət edib.

Polislər ona yaxınlaşan zaman Madonnanın oğlunun kənara nəsə atdığı gözdən yayınmayıb. London polisi Rokkonun geyimində marixuana izi aşkar edib. Bundan sonra onlar Rokkonun üzərində axtarış aparıb və onun çantasında az həcmdə narkotik maddə aşkarlayıblar.

Polis gənci sərbəst buraxsa da, onun haqqında məlumat yerli polisin arxivində qalıb.