Maddi ziyanın ödənilməsinə görə “Soliton” məhkəməyə verildibackend

Maddi ziyanın ödənilməsinə görə “Soliton” məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elca” MMC “Soliton” LTD-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Elca” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

“Elca” ilə “Soliton” arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsidir.

1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə bu günə qədər fəaliyyətini davam etdirməkdədir.