Müvafiq bəyannaməni bazar ertəsi Slovakiya, Polşa, Çexiya və Macarıstanın müdafiə nazirliklərinin nümayəndələri Vişeqrad dördlüyü çərçivəsində keçirilən görüş zamanı imzalayıblar.
Tribunainfo.az xəbər verir ki, Macarıstan Çexiya və Polşa ilə Slovakiyanın hava məkanının mühafizəsi haqqında sazişə qoşulub.
2022-ci il avqustun sonunda Slovakiyanın Polşa və Çexiya ilə 2022-ci ilin payızından ölkənin hava məkanının mühafizəsi haqqında saziş imzaladığı bildirilib.
Macarıstanın müdafiə naziri Krysztof Szalai-Bobrovnicki sosial media səhifəsində qeyd edib ki, Macarıstan “İyul ayından başlayaraq il yarım ərzində Çexiya və Polşa ilə birlikdə Slovakiyanın hava məkanını qoruyacaq”.
Müvafiq bəyannaməni bazar ertəsi Slovakiya, Polşa, Çexiya və Macarıstanın müdafiə nazirliklərinin nümayəndələri Vişeqrad dördlüyü çərçivəsində keçirilən görüş zamanı imzalayıblar.