Maaşını ala bilməyən işçi Yasamal İH-i məhkəməyə verdibackend

Maaşını ala bilməyən işçi Yasamal İH-i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon İcra Hakimiyyətində çalışdığı halda əmək haqqını ala bilməyən şəxs icra hakimiyyətini məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Quliyeva Xəyalə Müslüm qızı qaldırıb. Prosesdə maraqlı tərəf kimi Maliyyə Nazirliyi də iştirak edir. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı əmək haqqını tələb edir.

İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 31 oktyabr tarixində hakim Fariz Əlizadənin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Həsənov Elşad Eldar oğludur. O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.

Tərəfləri dinləməyə hazırıq.

Nigar