Maaşını ala bilməyən işçi çalışdığı Qaradağ rayon 13 saylı Şəhər Poliklinikası ilə yanaşı Səhiyyə Nazirliyini və TƏBİB-i məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, hər üç tibb müəssisəsi ilə bağlı iddianı Əliyeva Dilarə Həşim qızı qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı əmək haqqını tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 8 avqust tarixində hakim Elnur Həsənovun sədrliyi ilə işə baxılacaq.
Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar